Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirdilər

0

  •         18 yanvar tarixdə xocalıların kompakt şəkildə məskunladığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirildi. Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak etdilər. 
            Xocalı rayon Mədəniyyət Evində keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
            Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş bu qırğının əsas səbəbi o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını SSRİ tərəfindən dəstəklənməsi və ovaxtkı Azərbaycan rəhbərliyinin apardığı xəyanət siyasətinə qarşı etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının haqq səsini boğmaq idi. Hadisəyə gedən yolun başlanğıcı Azərbaycanın ən qəddar düşməni olan Mixail Qorbaçovun rəhbərliyə gəlməsi ilə başlamışdı. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində mühüm vəzifələrdən birini tutması həm Qorbaçovun, həm də ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin qarşısını alınmasında bir maneə idi. Heç təsadüfi deyil ki, məhz Ulu öndərin Moskvanın siyasi təqiblərinə məruz qalaraq SSRİ rəhbərliyidən istefa verməsindən qısa müddət sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına şərait yaradıldı. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsi ortaya atıldı. 
            Sonra "20 Yanvar - Xalqımızın qan yaddaşı adlı" sənədli qısametrajlı sənədli filmə baxıldı. 
            Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında bildirdi ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu misal və sübut olaraq faciədən bir neçə gün öncədən hadisənin törədilməsində iştirakı olan o dövrün  Sovet İttifaqının hərbi qulluqçularının ailələrinin Azərbaycan Respublikasından çıxarılması, xəstəxanaların və digər zəruri obyektlərin boşaldılması hallarını göstərmək olar. Eyni zamanda, guya qabaqcadan fövqəladə vəziyyətlə bağlı xalq məlumat verilib, ancaq bu xalqın diqqətinə çatdırılmamış, əksinə əvvəlcədən bunun qarşısının alınmasına çalışılmışdır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
            1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
            Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxışında 20 Yanvar hadisələri zamanı ölkədə səhiyyənin vəziyyətindən danışdı. Aqil Məmmədov 1990-cı il Qanlı Yanvar hadisəsi tariximizə qara səhifələrlə yazılsa da, Azərbaycanın müstəqilliyi tarixinə qızıl hərflərlə yazılan istiqlaliyyət, mübarizlik, zəfər günü kimi qeyd edildiyini bildirdi.  
            Həmin zaman Bakıda tibbi xidmət xəstəxanaları 18 yanvar tarixdən planlı şəkildə boşaldılmışdı. Lazımi tibbi avadanlıqlar və tibb personalı xəstəxanalardan uzaqlaşdırılmışdı. Həmin gecədə 14 təcili yardım maşını tankların altında məhv edilərək sıradan çıxarılmışdı. Tibb işçiləri güllələnmişdi. Tibb işçilərinin qətlə yetirilməsi faciəni törədənlərin amansızlığını bir daha təsdiqləyir.
            Qanlar 20 Yanvar gecəsi xalqımızın mərd övladları ilə yanaşı, səhiyyə işçiləri də çalışırdılar ki, yaralılara ilk tibbi yardım göstərsinlər. Ancaq həm tibbi kadr çatışmazlığı, həm də tibb avadanlıqlarının çatışmazlığı nəticəsində həyatını itirən insanlar çox oldu. 
           Xalqımızın əzmini qırmaq istəyənlər öz istəklərinə nail bilmədilər. 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın bünövrəsini qoydular.   
           Daha sonra Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında 29 il bundan əvvəl xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışdı. Ramiz Qəhrəmanov bildirdi ki, 1988-ci ildə ermənilərin iqtisadi səbəblərlə başlatdığı, sonra siyasi səbəblərə çevrilən hadisələr, eyni zamanda 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın bir-birinin ardınca işğalı əvvəlcədən hazırlanmış eyni ssenarinin tərkib hissələridir. Azərbaycana rəhbərlik edən ovaxtlı rəhbər azərbaycançılıqdan, milli hisslərdən uzaq bir insan idi. O, ancaq mərkəzin dediyi işləri həyata keçirirdi. 
              1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır. Həmin qərarda  Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-nin ona bitişik rayonlarında, Rusiyanın Azərbaycanla həmsərhəd olan rayonlarında və Ermənistanın Gorus rayonunda fövqəladə vəziyyət elan olunur. Bu qərardan görünür ki, Dağlıq Qarabağ Azərbaycandan ayrı başqa bir ərazi kimi təqdim edilir. 
            Yanvar ayının 18-də Moskvada fəhlə kəndli zəhmətkeşlərinin müşavirəsində Qorbaçov çıxış edərək xalqa belə müraciət etdi ki, orada  - yəni Bakıda yığışıb Sovet hökumətinin devirmək və islam dövləti yaratmaq istəyirlər. Bütün Sovet xalqının iradəsini nəzərə alaraq təxirəsalınmaz tədbirlər görməyə məcbur olmuşuq. Bu fikir artıq 20 Yanvar faciəsinə aparan yolda qoyulmuş bir məsələ idi. 
            Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov  bildirdi ki, XX əsrin 80-ci illərində başlamış milli azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan sovet imperiyasının hakim qüvvələrini qorxuya saldı. Azərbaycan xalqının müstəqillik tələblərini, milli azadlıq hərəkatının qarşısını almaq üçün imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər.
            Rayonumuzun rəhbəri qeyd etdi ki, 20 Yanvar faciəsinin 1-ci ildönümünə qədər Xocalı şəhərində hündür bir yerdə faciə qurbanlarının xatirəsinə abidə ucaldıldı. Həmin abidə bəlkdə də Respublikada ən birinci ucaldılmış abidə idi. Abidənin açılışı zamanı komendat saatı mövcud idi. İzdihamlı mitinqi rus ordusu mühasirəyə almışdı. Mitinqin dayandırılması üçün qarşıdurma yarana bilərdi. Ancaq bizim ağsaqqallarımızın, müəyyən insanların vasitəçiliyi olmasaydı, bəlkə də Xocalıda yeni bir 20 Yanvar faciəsi yaşanacaqdı. 
            Sonda Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə, Kosalar kənd mədəni-maarif işçilərinin və Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblilkərinin iştirakı ilə "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. 
            




























































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib49 dəfə
    Xocalılar 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirdilər

    Maraqlı gələ bilər
    104
    51
    45
    50